Son dəqiqə

Zelenski: ABŞ Patriot istehsalına icazə vermir Ukrayna ABŞ-dən 30 illik təhlükəsizlik zəmanəti tələb edir Patriot raketlərinin qıtlığı: Ukraynanın hava hücumundan müdafiə problemi Vaşinqton Kiyevə lisenziya verməkdən imtina etdi Ukraynada 2026-cı il seçkiləri və ABŞ-nin zəmanət şərti Patriot sistemləri niyə Ukraynada istehsal olunmur? - Zelenskinin açıqlaması

ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verməkdən imtina edir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Vaşinqton Kiyevə "Patriot" zenit-raket komplekslərinin (ZRK) və onlar üçün nəzərdə tutulan sursatların istehsalına icazə vermir.

TurkicWorld xəbər verir ki, dövlət başçısı BBC-yə verdiyi müsahibəsində bu məsələnin hazırda ən mürəkkəb problem olduğunu vurğulayıb.

Prezidentin sözlərinə görə, tərəfdaşlar hələlik nə "Patriot" sistemlərinin, nə də mövcud qurğular üçün raketlərin Ukraynada istehsalı üçün lisenziya təqdim etmirlər. Zelenski qeyd edib ki, ABŞ-nin bu mövqeyinin səbəbləri ona hələ də məlum deyil.

Qeyd edək ki, "Financial Times" qəzeti daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın enerji obyektlərinə endirdiyi kütləvi zərbələr zamanı "PAC-3" raketlərinin çatışmazlığı ilə üzləşdiyini yazmışdı. Mənbələr boş qalan buraxılış qurğularının ballistik raketləri dəf edə bilmədiyini və bunun nəticəsində elektrik stansiyalarına ciddi ziyan dəydiyini bildirmişdilər.

Bundan əlavə, Volodimir Zelenski Ukraynanın ABŞ-dən 30 illik təhlükəsizlik zəmanəti istədiyini və bu sənədin Konqres tərəfindən təsdiqlənməli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, prezidentlər dəyişsə də, institutlar qalır və bu zəmanətlər Ukraynada 2026-cı ilin yayına planlaşdırılan seçkilərə qədər təmin edilməlidir.

Xatırladaq ki, Ukrayna lideri ötən həftə verdiyi videomüraciətində ABŞ-nin təkcə Ukraynaya deyil, hətta Avropadakı NATO tərəfdaşlarına da "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verməkdən imtina etdiyini vurğulamışdı. O, müttəfiqləri bütün Avropanın təhlükəsizliyini gücləndirmək üçün bu silahların qitədə istehsalını təşkil etməyə çağırıb.