BAKI,TurkicWorld, Fərid Mikayılov
Danimarka kralı Frederik ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın əldə edilməsi ilə bağlı bəyanatları fonunda Nuuk şəhərinə səfər edib.
TurkicWorld xəbər verir ki, Frederik X son bir il ərzində ikinci dəfə Qrenlandiyaya səfər edərək Danimarka ilə muxtar ərazi arasında birliyin nümayiş etdirildiyini vurğulayıb.
Səfər Danimarka, Qrenlandiya və ABŞ arasında ötən ayın sonunda başlanan diplomatik danışıqlardan sonra baş tutur.
Danimarkanın baş naziri və Qrenlandiyanın hökumət rəhbəri ABŞ dövlət katibi Marko Rubio ilə konstruktiv görüş keçirdiklərini bildirsələr də, Donald Trampın Arktika adasını əldə etmək niyyətində dəyişiklik olmadığı qeyd olunub.
Kral Frederik Nuuk hava limanında Qrenlandiyanın baş naziri Yens-Frederik Nielsen və parlament rəhbəri Kim Kielsen tərəfindən qarşılanıb. O, səfər çərçivəsində məktəbə, Danimarkanın Birləşmiş Arktika Komandanlığının qərargahına və
Danimarka kral ailəsi ənənəvi olaraq hər il Qrenlandiyaya səfər edir.
Kral Frederik daha əvvəl də adada uzunmüddətli səfərlərdə olub və buzlaq ərazisində dörd aylıq ekspedisiyada iştirak edib.







