Son dəqiqə

Bakı Qəzza Qiymətlər 3 dəfə artdı: Qəzza sakinlərinin iqtisadi Ramazan imtahanı Qəzzada iftar süfrəsi boş qalır: Un və şəkərin qiyməti rekord həddə çatdı Müharibədən sonrakı ilk Ramazan: Qəzzada iqtisadi böhran sevinci boğur

Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qəzza zolağında 2023-cü ilin oktyabrından bəri davam edən münaqişə fonunda sakinlər artıq üçüncü Ramazan ayını qarşılayırlar. Lakin bu il qeydə alınan həddindən artıq bahalıq mənəvi rahatlığı maddi çətinliklərlə əvəz edib.

TurkicWorld xəbər verir ki, Qəzza sakinləri müharibənin əvvəlindən bəri ilk dəfə atəşkəs fonunda Ramazan ayına qədəm qoysalar da, bazarlarda qiymətlərin kəskin artması humanitar vəziyyəti daha da pisləşdirib.

Bəzi əsas qida məhsullarının qiyməti üç dəfəyə qədər bahalaşıb. 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş kövrək atəşkəs rejiminə baxmayaraq, iqtisadi müharibə Qəzza sakinlərini daha ağır vəziyyətə salıb.

Sakinlərin bildirdiyinə görə, un, şəkər və yağ kimi zəruri malların qiyməti müntəzəm tədarükə baxmayaraq, süni şəkildə artırılıb. Məsələn, 25 kiloqramlıq un kisəsinin qiyməti 12 şekeldən 35 şekelə (təxminən 11 dollar) qalxıb. Tacirlərin tələbatın artmasından sui-istifadə etməsi və beynəlxalq humanitar təşkilatların yardım paylarını azaltması əhalinin, xüsusilə də evləri dağılmış və çadırlarda yaşayan qaçqınların vəziyyətini dözülməz edib.

Mövzuya görə xəbərlər