Son dəqiqə

Hindistan ABŞ-dən 80 milyard dollarlıq təyyarə tədarükü planlaşdırır Hindistan–ABŞ arasında 500 milyard dollarlıq ticarət razılaşması Hindistan Boeing-dən iri həcmli sifarişlərə hazırlaşır ABŞ Hindistan üçün gömrük rüsumlarını azaldır Hindistan ABŞ-dən enerji və texnologiya idxalını artırır Hindistanla ABŞ arasında yeni ticarət sazişi imzalanacaq

Hindistan ABŞ-la 80 milyard dollarlıq nəhəng tədarük razılaşmasını açıqlayıb

BAKI,TurkicWorld

Hindistan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində iri həcmli ticarət və tədarük razılaşması üzrə mühüm detallar ictimaiyyətə təqdim olunub.

TurkicWorld xəbər verir ki, Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalın açıqlamasına əsasən, ABŞ-dən təyyarə tədarükü ilə bağlı “Boeing” şirkətinə verilməsi planlaşdırılan və hazır vəziyyətdə olan sifarişlərin ümumi dəyəri təxminən 70–80 milyard dollar təşkil edir. Nazir bildirib ki, mühərriklər və ehtiyat hissələri də nəzərə alındıqda bu məbləğ 100 milyard dollara çata bilər.

“The Indian Express” nəşrinin məlumatına görə, Piyuş Qoyal jurnalistlərə açıqlamasında Hindistan və ABŞ arasında yeni ikitərəfli ticarət sazişinin birinci mərhələsinin mart ayının ortalarınadək imzalanacağını deyib. Nazir əlavə edib ki, razılaşma ilə bağlı birgə bəyanat yaxın günlərdə yayımlanacaq.

Qoyalın sözlərinə görə, saziş çərçivəsində ABŞ tərəfindən prezident fərmanı ilə Hindistana tətbiq olunan gömrük rüsumları 18 faizə endiriləcək. Bunun müqabilində Hindistanın ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumlarının sıfırlanması nəzərdə tutulur.

Nazir qeyd edib ki, razılaşma ümumilikdə 500 milyard dollarlıq satınalma öhdəliyini əhatə edir. Bu çərçivədə Hindistan ABŞ-dan enerji daşıyıcıları, texnologiya məhsulları, kənd təsərrüfatı məhsulları və kömür daxil olmaqla müxtəlif kateqoriyalar üzrə iri həcmdə tədarük həyata keçirəcək.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində Hindistana tətbiq olunan gömrük tariflərinin 25 faizdən 18 faizə endiriləcəyini açıqlamışdı. O, Hindistanın da cavab olaraq ABŞ məhsullarına tətbiq etdiyi gömrük vergilərini ləğv edəcəyini bildirmişdi. Tramp həmçinin Hindistanın ABŞ bazarından 500 milyard dollar həcmində məhsul alacağını bəyan etmişdi.