Son dəqiqə

Rusiya Afrikaya silah tədarükünü genişləndirir Moskva Afrika ölkələri ilə hərbi əməkdaşlığı artırır Rusiya Afrikada silah bazarında liderliyini qoruyur Afrika ölkələri Rusiyadan daha çox silah almağa hazırdır Rusiya silah ixracından 15 milyard dollar gəlir əldə edib Moskvanın Afrika strategiyasında hərbi əməkdaşlıq ön plandadır Rusya Afrika’ya silah sevkiyatını artırıyor Moskova Afrika ülkeleriyle askeri iş birliğini genişletiyor Rusya Afrika silah pazarında liderliğini sürdürüyor Afrika ülkeleri Rus silahlarına ilgiyi artırdı Rusya silah ihracatından milyarlarca dolar kazandı Moskova’nın Afrika politikası askeri boyut kazanıyor

Rusiya Afrikaya silah tədarükünü artırır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Rusiya Afrika ölkələri ilə hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında çıxış edərək bildirib ki, Moskva Afrika dövlətləri ilə “tarixən möhkəm əlaqələri və etimada əsaslanan münasibətləri” yüksək qiymətləndirir. Onun sözlərinə görə, Afrika tərəfdaşları Rusiya ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını ifadə edirlər və bu, ilk növbədə Rusiya istehsalı olan silahların, eləcə də digər hərbi material və məmulatların tədarükünün artırılmasını nəzərdə tutur.

Prezident qeyd edib ki, ötən il ərzində silah ixracı sahəsində “əhəmiyyətli həcmdə yeni sifariş portfeli” formalaşdırılıb. O xatırladıb ki, Afrika ölkələrinə silah tədarükü hələ Sovet İttifaqı dövründən həyata keçirilirdi və həmin dövrdə Afrika dövlətləri üçün hərbi kadrların hazırlanmasına da xüsusi önəm verilirdi.

Vladimir Putinin sözlərinə görə, ötən il 30 dövlət Rusiya istehsalı olan silah və hərbi texnikanı ixrac müqavilələri çərçivəsində əldə edib. Bu tədarüklər Rusiya iqtisadiyyatına 15 milyard ABŞ dollarından çox valyuta gəliri gətirib. Prezident vurğulayıb ki, əldə olunan vəsait müdafiə-sənaye kompleksinin modernləşdirilməsinə və istehsal güclərinin genişləndirilməsinə əlavə resursların yönəldilməsinə imkan verir.

Bununla yanaşı, beynəlxalq tədqiqatçıların məlumatına əsasən, Rusiya Afrika bazarında silah tədarükçüləri arasında hələ də lider mövqeyini qoruyur və bazarın təxminən 21 faizinə nəzarət edir. İkinci yerdə 18 faizə yaxın göstərici ilə Çin qərarlaşıb və xüsusilə Saharaaltı Afrika ölkələrinə silah tədarükündə birinci mövqedədir.

Analitiklərin qiymətləndirmələrinə görə, ümumilikdə Rusiya silah ixracı müharibənin başlanmasından sonra azalma tendensiyası göstərib. Belə ki, 2020–2024-cü illər ərzində silah tədarükünün həcmi əvvəlki beş illə müqayisədə 43 faiz azalıb və son onilliklərin ən aşağı səviyyəsinə enib. Bu proses nəticəsində Rusiya dünyanın ən böyük silah ixracatçıları sırasında üçüncü yerə geriləyib. İkinci mövqeni bazar payını artıran Fransa tutub, silah ixracında liderlik isə ABŞ-ın əlində qalır.