BAKI, TurkicWorld
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bölgədəki hərbi gərginliyi pik həddə çatdıracaq mühüm bəyanatla çıxış edib. Rəsmi Əbu-Dabi ölkə ərazisinin və hava məkanının İrana qarşı hər hansı bir hərbi əməliyyatda istifadəsinə qəti qadağa qoyub.
TurkicWorld-un məlumatına görə, BƏƏ Xarici İşlər Nazirliyi tərəfindən yayılan rəsmi bəyanatda Tehran administrasiyasına qarşı hazırlanan mümkün hərbi ssenarilərdə BƏƏ-nin yer almayacağı birmənalı şəkildə vurğulanıb.
Nazirliyin yazılı açıqlamasında bildirilir ki, BƏƏ öz suveren hüquqlarından istifadə edərək, ölkənin hava məkanının, torpaqlarının və ya ərazi sularının İrana qarşı hərbi hücum məqsədilə poliqona çevrilməsinə imkan verməyəcək. Bu qərar həm də mümkün hərbi koalisiyalara qarşı rəsmi Əbu-Dabinin "neytrallıq" mesajı kimi qiymətləndirilir.
Bəyanatın ən diqqətçəkən məqamlarından biri isə İrana yönəlik əməliyyatlar üçün heç bir logistik dəstəyin təmin edilməyəcəyidir. BƏƏ rəhbərliyi münaqişələrin həllində beynəlxalq hüquqa riayət edilməsinin və dövlətlərin suverenliyinə hörmətin vacibliyini xatırladaraq, bölgəni alova bürüyəcək hərbi güc tətbiqinə deyil, diplomatik kanallara üstünlük verilməsinə çağırıb.
Analitiklər hesab edirlər ki, BƏƏ-nin bu addımı Vaşinqtonun bölgədə qurmaq istədiyi anti-İran cəbhəsinə ciddi təsir göstərə bilər. Xüsusilə Donald Trampın regional müttəfiqlərlə birgə hərəkət etmək strategiyası fonunda, Əbu-Dabinin bu "suverenlik resti" Yaxın Şərqdəki hərbi balansları yenidən dəyişdirəcək gücdədir.