Son dəqiqə

Trampın fərmanları Trampın siyasətinə tənqidlər ABŞ- İran gərginlikləri Tramp administrasiyası İran və ABŞ arasında dolayısı danışıqlar Tramp İran nüvə razılaşması İran ABŞ dolayı danışıqları ABŞ İran gərginliyi Tramp

Mənə nəsə olsa, İranı yer üzündən siləcəklər - Tramp

BAKI, TurkicWorld, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp fəaliyyətinin ilk ildönümü münasibətilə "News Nation" kanalına verdiyi müsahibədə İranın ona qarşı sui-qəsd təhdidləri və ölkə daxilindəki etirazlarla bağlı sərt bəyanatlar səsləndirib.

TurkicWorld xəbər verir ki, İranın sui-qəsd planlarını həyata keçirmə ehtimalını şərh edən Tramp, belə bir addım atılacağı təqdirdə cavabın qəti olacağını bildirib. O, hərbi rəhbərliyə çox ciddi göstərişlər verdiyini vurğulayaraq, "Hər hansı bir hadisə baş verərsə, bütün ölkə havaya uçacaq. Onları yer üzündən siləcəklər," – deyə xəbərdarlıq edib.

Minnesota ştatında miqrantlara qarşı keçirilən əməliyyatlar səbəbindən yaranan etirazlara toxunan Tramp, "Üsyan Qanunu"nun (Insurrection Act) tətbiqi məsələsinə də aydınlıq gətirib. Prezident hazırda bu qanuna ehtiyac olmadığını, lakin zərurət yarandığı təqdirdə ondan istifadə edəcəyini qeyd edib.

Tramp bu qanunun qüvvəyə minməsinin məhkəmə sistemindən yan keçməyə imkan verəcəyini və asayişin bərpası baxımından prosesləri xeyli asanlaşdıracağını iddia edib. Hazırda Minnesota və digər bir neçə ştatda miqrasiya siyasətinə qarşı kütləvi aksiyalar davam edir.

Mövzuya görə xəbərlər