Misir Əbdülfəttah əs-Sisi Əbdül Fəttah əs-Sisi Trampın fərmanları Sisi Trampa müraciət Tramp

Misir Prezidenti və Donald Tramp Davos Forumu çərçivəsində Qəzza sülhünü müzakirə edəcəklər

BAKI, TurkicWorld, Nailə Babazadə

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.

TurkicWorld xəbər verir ki, Misir Rəyasət Heyətinin çərşənbə axşamı verdiyi məlumata görə, bu, ABŞ-ın Qəzzada müharibəni dayandırmaq üçün hazırladığı planın ikinci mərhələsinə başladığını elan etməsindən sonra iki lider arasında keçirilən ilk rəsmi görüş olacaq.

Sisi və Tramp sonuncu dəfə ötən ilin oktyabr ayında Misirin ev sahibliyi etdiyi atəşkəs sammiti çərçivəsində Şarm əl-Şeyxdə bir araya gəlmişdilər. Davosdakı görüşdə isə regional təhlükəsizlik məsələləri ilə yanaşı, Misir üçün həyati əhəmiyyət kəsb edən su ehtiyatları məsələsinin də gündəmə gələcəyi gözlənilir.

Prezident Tramp ötən cümə günü verdiyi açıqlamada Misir və Sudanın ciddi təhdid hesab etdiyi Efiopiya bəndi ilə bağlı mübahisənin həllində yenidən vasitəçilik etməyə hazır olduğunu bildirmişdi. Bu baxımdan, Davos görüşünün həm Qəzzadakı sülh prosesi, həm də Nil suları ətrafındakı gərginliyin azaldılması istiqamətində mühüm diplomatik addım olacağı proqnozlaşdırılır.

Mövzuya görə xəbərlər