Son dəqiqə

Ermənistan Nikol Paşinyan Hakan Fidan Türkiye Türkiyə XİN

Ermənistan parlamentinin spikeri Türkiyə XİN rəhbərinə təşəkkür etdi

BAKI, TurkicWorld

Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkürümü bildirirəm.

TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Ermənistanda ictimaiyyət arasında çoxluğun sülhün irəlilədilməsi, ticarətin həyata keçirilməsi və bu ticarətin TRIPP çərçivəsində inkişaf etdirilməsi çağırışlarını dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkür edirəm", - deyə Alen Simonyan bildirib.

O, bunu Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistan Baş naziri Nikol Paşinyanın konstruktiv mövqeyinə dəstək ismarıcını şərh edərkən bildirib.

Mövzuya görə xəbərlər