Son dəqiqə

Gazze ateşkesinin ikinci aşamasına geçiliyor ABD Gazze’de yeni ateşkes aşamasını duyurdu Trump’ın arabuluculuğundaki plan ikinci aşamada Gazze’de geçiş yönetimi süreci başlıyor Gazze ateşkesi yeni bir döneme giriyor Qəzza atəşkəsinin ikinci mərhələsinə keçilir ABŞ Qəzzada yeni idarəetmə mərhələsinin başladığını açıqladı Qəzzada texnokrat hökumət planı gündəmdə Atəşkəsin ikinci mərhələsi: HƏMAS-ın tərksilahı və bərpa prosesi ABŞ nəzarəti altında Qəzzada keçid idarəçiliyi planı

Qəzza atəşkəs planının ikinci mərhələsinə keçir - ABŞ rəsmisi

Bakı, TurkicWorld, Orxan Qədirzadə

ABŞ administrasiyası Qəzzada atəşkəs planının ikinci mərhələsinə keçildiyini açıqlayıb. Bu mərhələ HƏMAS-ın tərksilah edilməsi, müharibədən ciddi zərər görmüş ərazinin bərpası və Qəzzanın idarəçiliyini həyata keçirəcək fələstinli texnokratlardan ibarət müvəqqəti qurumun yaradılmasını nəzərdə tutur.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Tramp administrasiyasının vasitəçiliyi ilə əldə olunan razılaşma iki illik müharibədən sonra yeni mərhələyə daxil olub. Onun sözlərinə görə, bu mərhələdə Qəzzada texnokrat hökumət formalaşdırılacaq və proses ABŞ nəzarəti altında həyata keçiriləcək.

Uitkoff müvəqqəti fələstinli idarəetmə qurumuna daxil olacaq şəxslərin adlarını açıqlamayıb. Ağ Ev də bu məsələ ilə bağlı əlavə detalları paylaşmayıb.

ABŞ rəsmisi vurğulayıb ki, razılaşma çərçivəsində HƏMAS dərhal sonuncu girovun cəsədini təhvil verməlidir.

İkinci mərhələnin icrası bir sıra ciddi çətinliklərlə müşayiət olunur. Bunlara beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi, HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada yeni idarəetmə mexanizminin qurulması daxildir.

Plan çərçivəsində yaradılacaq texnokrat komitə 18 il ərzində HƏMAS-ın nəzarətində olmuş Qəzzada gündəlik idarəetməni həyata keçirəcək. Komitə Tramp administrasiyasının yaratmağı planlaşdırdığı “Sülh Şurası”nın nəzarəti altında fəaliyyət göstərəcək. Həm komitə üzvlərinin, həm də şura təmsilçilərinin adları hələlik açıqlanmayıb.

Atəşkəs Trampın 20 maddəlik planı əsasında ötən ilin oktyabrında qüvvəyə minib və döyüşlərin əsas hissəsini dayandırıb. Razılaşmanın birinci mərhələsində HƏMAS saxladığı girovlardan demək olar ki, hamısını azad edib, İsrail isə yüzlərlə fələstinli məhbusu sərbəst buraxıb.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Qəzzanın bərpası üçün 50 milyard dollardan çox vəsait tələb olunur və bu proses illərlə davam edə bilər. Hazırda bərpa üçün kifayət qədər maliyyə vəsaiti ayrılmayıb.

Ekspertlər qeyd edirlər ki, əsas problemlərdən biri də uzun illər HƏMAS tərəfindən idarə olunan ərazidə dövlət xidmətlərinin yenidən təşkili və maliyyələşdirilməsi olacaq.