Son dəqiqə

Washington’dan İran için yeni senaryo iddiası ABD temsilcisi Rıza Pehlevi ile temas kurdu mu? İran protestoları sürerken gizli görüşme iddiası Rıza Pehlevi–Beyaz Saray iddiası gündemde ABD basını: Beyaz Saray Rıza Pehlevi ile gizlice görüştü ABŞ mediası: Ağ Ev Rza Pəhləvi ilə gizli təmas qurub Vaşinqton–Rza Pəhləvi iddiası gündəmdə İrandakı etirazlar fonunda Ağ Evdən gizli görüş iddiası ABŞ nümayəndəsi ilə Rza Pəhləvi arasında təmas xəbəri Rza Pəhləvi və Ağ Ev: yeni siyasi ssenari?

Ağ Ev ilə Rza Pəhləvi arasında gizli görüş keçirilib - ABŞ KİV

Bakı, TurkicWorld, Orxan Qədirzadə

BŞ mediasında yayılan məlumatlara görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff Rza Pəhləvi ilə gizli görüş keçirib. İddia İranda davam edən kütləvi etirazlar və Vaşinqtonun etirazçılara açıq dəstək bəyanatları fonunda gündəmə gəlib.

TurkicWorld xəbər verir ki, görüş qeyri-rəsmi formatda baş tutub və onun detalları açıqlanmayıb. Ağ Ev rəsmiləri və Rza Pəhləvinin tərəfi məsələ ilə bağlı rəsmi şərh verməyib.

İranda dekabrın 28-dən başlayan və qısa müddətdə ölkə üzrə yayılan etiraz aksiyaları fonunda ABŞ Prezidenti Donald Tramp etirazçılara dəstək mesajları verib. O, sosial mediada yayımladığı paylaşımda “yardımın yolda olduğunu” bildirib və rəsmi Tehranla əlaqələri müvəqqəti dayandırdığını bəyan edib.

Bu proses fonunda uzun illərdir ABŞ və Avropada yaşayan Rza Pəhləvinin adı yenidən gündəmə gəlib. O, etirazları açıq şəkildə dəstəkləyərək, İran xalqının çağırışı olacağı təqdirdə ölkəyə qayıtmağa hazır olduğunu bildirib.

Rza Pəhləvi son günlərdə yayımladığı bəyanatlarda etirazların İslam Respublikasının maliyyə və idarəetmə mexanizmlərini zəiflədəcəyini iddia edib. O, kütləvi etirazların davam edəcəyi təqdirdə mövcud hakimiyyətin ciddi təzyiq altında qalacağını vurğulayıb.

Pəhləvi həmçinin “milli dəyişiklik mərhələsinin yaxınlaşdığına” inandığını və bu prosesin kulminasiya nöqtəsində İran xalqı ilə birlikdə ölkədə olmağı planlaşdırdığını bildirib.

Analitiklərin fikrincə, ABŞ nümayəndəsi ilə Rza Pəhləvi arasında mümkün təmaslar Vaşinqtonun İrandakı proseslərə dair alternativ siyasi ssenariləri nəzərdən keçirdiyini göstərə bilər. Bununla belə, qeyd olunur ki, hazırkı mərhələdə bu cür iddialar rəsmi təsdiqini tapmayıb və ehtiyatla qiymətləndirilməlidir.