Son dəqiqə

Fidan: Türkiyə Qəzza üçün Beynəlxalq Sabitlik Qüvvəsində iştirak etməyə hazırdır Ankara Qəzzada sülh üçün hərbi kontingent göndərməyə açıqdır Hakan Fidan: Barış prosesi üçün bütün məsuliyyəti üzərimizə götürməyə hazırıq Турция готова участвовать в Международных силах стабильности в Газе — Фидан Анкара допускает отправку военного контингента в Газу в рамках сил стабильности Фидан: Турция возьмёт на себя любую ответственность ради мира в Газе Turkey ready to join Gaza Stability Force and send troops if required — Fidan Ankara signals willingness to deploy forces in Gaza for peace efforts Fidan: Turkey prepared to assume full responsibility for Gaza peace process

Türkiyə Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağa hazırdır - Hakan Fidan

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Qəzzada sabitliyin təmin olunması məqsədilə yaradılan Beynəlxalq Sabitlik Qüvvəsinə (BSQ) qoşulmağa və zəruri olarsa bölgəyə hərbi qüvvə göndərməyə hazırdır.

TurkicWorld xəbər verir ki, Fidan bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

Nazir qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə Türkiyə Fələstin məsələsinin həlli və bölgədə dayanıqlı sülhün bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Onun sözlərinə görə, BSQ-nin bölgəyə yerləşdirilməsi barış prosesinin tərkib hissəsi kimi qiymətləndirilməlidir və Ankara regional tərəfdaşlarla koordinasiyaya tam açıqdır.

Fidan müsahibəsində İsrailin Suriyadakı fəaliyyəti ilə SDQ/YPG-nin davranışı arasında bir əlaqə olduğunu bildirib. O, bölgədəki dinamikanın dəyişməsi ilə YPG-nin qərar verməkdə tərəddüd etdiyini və bunun təkbaşına verilmiş qərar olmadığını vurğulayıb.

Türkiyənin Suriya məsələsində İsraillə “eyni səviyyədə və eyni məqsəddə olmadığına” diqqət çəkən Fidan, Ankara üçün əsas məqsədin Suriya əhalisinin təhlükəsizliyi və ölkənin ərazi bütövlüyünün qorunması olduğunu deyib.

Nazir Avropanın Ukraynaya dəstək fonunda qarşıya çıxan ağır qərarların verilməsində Kiyevin yanında durmalı olduğunu qeyd edib. O, Qaradənizin müharibənin yeni fəaliyyət sahəsinə çevrildiyini və münaqişənin Avropanın digər bölgələrinə yayılma riskinin artdığını bildirib.

Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə danışıqlarda vasitəçi rolunu davam etdirdiyini xatırladan Fidan, İstanbulun yeni raund görüşlərə ev sahibliyi etməyə hazır olduğunu deyib.

Sudandakı qarşıdurma ilə bağlı sualı cavablandıran nazir, ölkənin bölünməsi ehtimalından ciddi narahat olduqlarını bildirib. O qeyd edib ki, Türkiyə insani yardım fəaliyyətlərini genişləndirməklə yanaşı, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Qətər və ABŞ tərəfindən aparılan diplomatik səyləri dəstəkləyir.

Fidan İsrailin Qəzzadakı hərbi əməliyyatlarının hədəfinin bölgəni “Fələstinsizləşdirmək” olduğunu deyib və bunu qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Sülh Planında nəzərdə tutulan maddələrin əksəriyyəti yerinə yetirilmir, İsrail isə hər gün mülki şəxsləri öldürməyə davam edir.

Nazir bildirib ki, planın ikinci mərhələsi üçün BMT Təhlükəsizlik Şurasının qərarı artıq qəbul edilib və sənəddə qeyd olunan öhdəliklər icra olunmalıdır.

Fidan BSQ-yə qoşulmağa İsrailin etiraz etməsinin prosesə mane olmadığını vurğulayıb.

“İsrail bu planın tək qərarvericisi deyil. ABŞ, region dövlətləri və beynəlxalq mexanizm burada əsas rol oynayır. Əgər sülh üçün hərbi qüvvə göndərmək lazımdırsa, Türkiyə buna hazırdır.”- nazir deyib.

O əlavə edib ki, Sülh Şurasının yaradılması, idarəetmənin fələstinlilərə təhvil verilməsi və təhlükəsizlik strukturunun qurulması növbəti kritik mərhələlərdir.