Son dəqiqə

Beynəlxalq Sabitlik Qüvvəsi (ISF) ABŞ administrasiyası BSQ-nin rəhbərliyinə general-mayorun təyinatını müzakirə edir Qəzza üçün formalaşdırılan Beynəlxalq Sabitlik Qüvvəsinin strukturu yekun mərhələdədir Vaşinqtonun Qəzza planı: sabitlik qüvvələrinə rəhbərlik üçün namizəd müəyyənləşir Трамп рассматривает назначение американского генерал-майора руководителем Международных сил стабильности в Газе США завершают формирование структуры Международных сил стабильности (МСС)

Tramp Qəzza Sabitlik Qüvvəsində rəhbərliyə general-mayor təyinini nəzərdən keçirir

Bakı, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsinə (BSQ) rəhbərlik etmək üçün ABŞ ordusunun general-mayor rütbəli zabitini təyin etməyi nəzərdən keçirdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, məlumat ABŞ mərkəzli “Axios” nəşrinə danışan iki amerikalı və iki israilli rəsmi şəxsə əsaslanır.

Mənbələrə görə, mümkün təyinat BSQ və Qəzza Barış Şurasını Vaşinqtonun son 20 ildə Yaxın Şərqdə həyata keçirdiyi ən genişmiqyaslı siyasi və hərbi təşəbbüslərdən birinə çevirəcək. Qeyd olunur ki, bu addım ABŞ-ın Qəzzanın təhlükəsizliyi və yenidən qurulması prosesinə dair məsuliyyətini daha da artıracaq.

Məlumata əsasən, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Volts bu həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə mümkün təyinat barədə ilkin məlumat verib. İsrailli rəsmi Axios-a açıqlamasında Voltsın təklif olunan general-mayoru şəxsən tanıdığını və onu ciddi və peşəkar hərbçi kimi səciyyələndirdiyini bildirib.

ABŞ rəsmiləri həmçinin BSQ-nin idarəetmə modeli və Qəzzada qurulması planlaşdırılan yeni inzibati struktura dair sənədləşmələrin son mərhələyə daxil olduğunu açıqlayıblar. Məlumatlara görə, ABŞ administrasiyası BMT-nin sabiq Yaxın Şərq üzrə xüsusi koordinatoru Nikolay Mladenovu Qəzza Barış Şurasında təmsilçi vəzifəsinə namizəd kimi irəli sürüb.

Hesabatda qeyd olunur ki, Tramp Barış Şurasına Almaniya və İtalya nümayəndələrinin də qoşulması üçün dəvət göndərib. Bu qurum prezident Trampın 9 oktyabr tarixində elan etdiyi və 18 noyabrda BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş 20 maddəlik barış planının tərkib hissəsidir. Planın şərtlərinə görə, Şura atəşkəsin qorunması və Qəzzanın yenidən qurulması üzrə beynəlxalq proseslərin əlaqələndirilməsində əsas rol oynayacaq.

Donald Tramp dünən verdiyi açıqlamada Şuraya daxil olacaq üzvlərin 2026-cı ilin əvvəlində təqdim olunacağını bildirib.

Mövzuya görə xəbərlər