ABŞ Donald Tramp Kanada ABŞ münasibətləri Air Force One ABŞ-nin Energetika Nazirliyi ABŞ Kanada münaqişəsi Tramp Kanadanı 51-ci ştat etmək istəyir idxal rüsumları Ottava

ABŞ və Kanada ticarət danışıqlarını bərpa etməyəcək - Tramp

BAKI, TurkicWorld

ABŞ və Kanada ticarət danışıqlarını bərpa etməyi planlaşdırmırlar.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.

"Reuters" agentliyi qeyd edib ki, ABŞ prezidenti bu açıqlamanı ABŞ-da Kanada rəsmiləri tərəfindən maliyyələşdirilən və idxal rüsumlarını tənqid edən reklamın yayımlanması səbəbindən Ottava ilə ticarət danışıqlarının başa çatdığını elan etdikdən bir həftə sonra verib.

Eyni zamanda, ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, ölkənin məqsədi Kanada ilə vacib minerallar, neft və qaz sahəsində ticarət məsələləri üzrə müzakirələrə qayıtmaqdır. Lakin o, iki ölkə arasında fikir ayrılıqlarının "əsaslı səbəblərdən" yarandığını vurğulayıb.

Mövzuya görə xəbərlər