Son dəqiqə

Rusiya Vladimir Zelenski Səudiyyə Ərəbistanı Məhəmməd bin Salman İkitərəfli tariflər İkitərəfli görüşlər

Səudiyyə Ərəbistanı Ukrayna sülh prosesini dəstəkləyir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna böhranında baş verənləri müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, dünən telefon danışığı zamanı şahzadə Məhəmməd bin Salman ölkəsinin Ukraynadakı böhranın həlli, sülhün əldə edilməsi və dialoqun asanlaşdırılması üçün bütün səy və təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Ukrayna prezidenti Zelenski isə Səudiyyə Ərəbistanının sülh yolunda göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu danışıq regionda sülh prosesinin təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından önəm daşıyır.

Mövzuya görə xəbərlər