Son dəqiqə

Ermənistan Ali Məhkəmə Ruben Vardanyan

Ermənistanda Ali Məhkəmə Şurasının keçmiş sədrinə hökm oxunub

BAKI, TurkicWorld

Ermənistanın anti-korrupsiya məhkəməsi ölkənin Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryanı təqsirli bilib.

TurkicWorld bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, Ermənistan Ali Məhkəmə Şurasının sabiq sədri, həmçinin, İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin keçmiş sədri Ruben Vardazaryan vəzifə səlahiyyətlərindən istifadə edərək, ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilədə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, eyni zamanda, 2 il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib.

Mövzuya görə xəbərlər