Son dəqiqə

Avropa İttifaqı Rusiya neft sanksiya Kaja Kallas Rusiya Ukrayna müharibəsi sanksiyaların fəsadları

Aİ Rusiyaya sərt xəbərdarlıqla yeni sanksiyalar tətbiq edib

BAKI, TurkicWorld

Avropa İttifaqı Rusiyanın neft donanmasına qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Aİ-yə üzv ölkələr Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul edib.

Bu paket çərçivəsində Rusiyanın neft ixracında istifadə etdiyi 200-ə yaxın tanker qara siyahıya salınacaq. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial media hesabında bildirib ki, Brüsseldə keçirilən görüşdə hibrid təhdidlərə qarşı yeni tədbirlər də müzakirə olunub.

Kallas həmçinin qeyd edib ki, Rusiya müharibəni uzatdığı təqdirdə daha sərt cavablarla qarşılaşacaq. Yeni sanksiyalar çərçivəsində Rusiyanın müdafiə sektoruna mal göndərən şəxslər və bəzi üçüncü ölkə şirkətləri də hədəfdədir.

Qeyd edək ki, Aİ bu günə qədər Rusiyaya qarşı enerji, ticarət, maliyyə və texnologiya sahələrini əhatə edən 16 sanksiya paketi qəbul edib. Sanksiyalar Rusiya banklarının SWIFT sistemindən çıxarılmasını və bəzi yayım qurumlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.

Mövzuya görə xəbərlər