Son dəqiqə

Türkiyə ABŞ Rusiya Yaponiya Dmitri Peskov Kreml

Rusiya ABŞ-la İstanbulda danışıqlar aparacaq -Kreml

BAKI, TurkicWorld

İstanbulda keçiriləcək ABŞ-la danışıqlarda Rusiya XİN səviyyəsində təmsil olunacaq

TurkicWorld xəbər verir ki, aprelin 10-da İstanbulda keçiriləcək Rusiya-ABŞ danışıqlarında Moskva Xarici İşlər Nazirliyi səviyyəsində iştirak edəcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, danışıqlarda iştirakla bağlı əlavə məlumatı Rusiya XİN açıqlayacaq. O, strateji sabitlik məsələsində tərəflər arasında danışıqların başlanması üçün əvvəlcə ikitərəfli münasibətlərdə irəliləyişə ehtiyac olduğunu vurğulayıb.

"Bu cür danışıqlar üçün qarşılıqlı etimad və münasibətlərin müəyyən səviyyəyə çatması vacibdir", – deyə Peskov qeyd edib. O əlavə edib ki, gələcək silahlanmaya nəzarət mexanizmlərində digər ölkələrin nüvə potensialı da nəzərə alınmalıdır.

Qeyd edək ki, Peskov Yaponiya ilə danışıqların hazırda mümkün olmadığını da bildirib. O, Yaponiyanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirakını əsas gətirərək, Tokio ilə hər hansı təmasın qurulmadığını söyləyib.

Bundan əlavə, Kreml sözçüsü aprelin 12-də İran və ABŞ arasında Omanda keçiriləcək nüvə danışıqlarını da alqışlayıb.

Ukrayna prezidenti Zelenskinin rus vilayətlərində ukraynalı əsgərlərin mövcudluğu ilə bağlı açıqlamasına münasibət bildirən Peskov isə bu məlumatların Rusiya hərbi əməliyyatlarının detallarına aid olduğunu və bu barədə açıqlama verilməyəcəyini bildirib.

Mövzuya görə xəbərlər