Son dəqiqə

COVİD-19 Şimali Koreya turizm idman Beynəlxalq Pxenyan Marafonu

Şimali Koreya beynəlxalq idman tədbirinə ev sahibliyi edir

BAKI, TurkicWorld

Şimali Koreya 6 ildən sonra ilk dəfə beynəlxalq marafona ev sahibliyi edib

TurkicWorld xəbər verir ki, Şimali Koreya COVID-19 pandemiyası səbəbindən yaranan fasilədən sonra Beynəlxalq Pxenyan Marafonunu yenidən təşkil edib.

31-ci dəfə keçirilən tədbirə Çin, Rumıniya, Mərakeş, Efiopiya və Polşa da daxil olmaqla, bir neçə ölkədən idmançılar qatılıb.

Marafon ölkənin qurucusu Kim İr Senin xatirəsinə həsr olunub. Sonuncu dəfə 2019-cu ildə baş tutan yarış 2020-ci ildən etibarən pandemiya səbəbilə ləğv edilmişdi.

Digər tərəfdən, Şimali Koreya bu il turizm sahəsində də canlanma nümayiş etdirib. Belə ki, fevral ayında bir qrup xarici turist ölkəyə səfər edib. Bu, son beş ildə rusiyalı turistlər istisna olmaqla, ölkəyə səfər edən ilk əcnəbi turist qrupu kimi qeydə alınıb.

Qeyd edək ki, Cənubi Koreyanın Birləşmə Nazirliyi Rusiyanın rəsmi məlumatlarına istinadən, 2024-cü ildə Şimali Koreyaya ümumilikdə 880 rusiyalı turistin daxil olduğunu açıqlayıb.

Mövzuya görə xəbərlər