Son dəqiqə

Çad Respublikası

Çadda prezident sarayına silahlı hücum edilib

Bakı, TurkicWorld

Çadın paytaxt Əncəmin şəhərində Prezident Sarayına təşkil edilən silahlı hücum zamanı 18 hücumçu və bir təhlükəsizlik əməkdaşın həyatını itirib.

TurkicWorld xəbər verir ki , hökumətin açıqlamasına görə, hadisə zamanı 6 hücumçu və 3 təhlükəsizlik əməkdaşı yaralanıb.

Çadın xarici işlər naziri və hökumət sözçüsü Abderaman Koulamallah silahlı qrupun 24 nəfərdən ibarət olduğunu, Prezident sarayının isə hazırda tam nəzarət altında olduğunu vurğulayıb.

Yerli sakinlərin sözlərinə görə, ​hücum zamanı Prezident Sarayı ətrafında şiddətli qarşıdurmalar yaşanıb və hərbi maşın karvanları Prezident Sarayına doğru irəliləyib. Hücumdan sonra küçələrə tanklar yerləşdirilib, saraya gedən bütün yollar nəqliyyat üçün bağlanıb.

Hücum, Çinin xarici işlər naziri Vanq Yinin paytaxt Nahamanı ziyarət edib Çad Prezidenti Məhəmməd İdris Debi İtno ilə görüşməsindən bir neçə saat sonra baş verib.

Qeyd edək ki, Çad son dövrlərdə Fransa ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verib. Ölkəni 30 ildən çox dəmir yumruqla idarə edən keçmiş prezident İdris Debi İtno 2021-ci ildə üsyançılarla toqquşmalar zamanı öldürülüb. Onun oğlu Məhəmməd İdris Debi İtno hazırda ölkənin keçid hökumətinə rəhbərlik edir.

Mövzuya görə xəbərlər