Son dəqiqə

Suriya Dəməşq

Dəməşq ərəb dünyası ilə əlaqələr qurmağı hədəfləyir - Suriya XİN

Bakı,TurkicWorld

Suriyanın yeni xarici işlər naziri Esaad Həsən Şeybani Dohada Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Şeybani X sosial media hesabından açıqlamada strateji ortaqlıqları inkişaf etdirmək və Suriyanın təhlükəsizliyini və iqtisadi dirçəlişini dəstəkləmək üçün İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də səfər edəcəyini açıqlayıb.

Şeybani cümə axşamı Ər-Riyadda səudiyyəli həmkarı ilə görüşüb və cümə günü Dəməşqdə Almaniya və Fransanın xarici işlər nazirlərini qəbul edib.

HTŞ indi Suriyanın bölgədəki ərəb ölkələri ilə əlaqələrini gücləndirəcəyinə ümid edir.

“Biz Suriya xalqına tətbiq edilən sanksiyalarla bağlı narahatlığımızı Dohaya çatdırdıq. Biz ABŞ-ı bu sanksiyaları ləğv etməyə çağırırıq”,- deyə Şeybani bildirib.

Mövzuya görə xəbərlər