Bakı, TurkicWorld
Dünya bazarlarında neft ucuzlaşıb.
TurkicWorld xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 1,29% azalaraq 1 barelə görə 71,84 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI ("West Texas Intermediate") markalı neftin 1 barelinin qiyməti də 1,05% azalaraq 1 barelə görə 68 ABŞ dolları olub.