Bakı. TurkicWorld
Bazar günü İsrail ordusu cənub və şimal sərhədlərində döyüşlər zamanı qüvvələrini gücləndirmək üçün daha çox dindar olan haredi yəhudilərinə çağırış bildirişləri göndərib. ArabAZ xəbər verir ki, bu, orduda xidmət etməkdən imtina edən israillilər arasında gərginliyi daha da alovlandıra bilər.
TurkicWorld bu barədə Arab.AZ-a istinadən xəbər verir.
Dindar yəhidilər bu addıma qarşı kəskin etiraz edirlər. Qeyd edək ki, bu ilin iyun ayında Ali Məhkəmə qərara aldı ki, ölkədə olan Haredi yəhudiləri də digər ölkə vətəndaşları kimi hərbi xidmətdə iştirak etsin.
İsrailin Qəzza zolağında HƏMAS hərəkatı və Livandakı Hizbullah qruplaşmasına qarşı iki müharibə apardığı bir vaxtda İsrail Müdafiə Nazirliyi cümə günü bildirib ki, bu gün bazar günündən başlayaraq təriqətin yeddi min üzvü mərhələli şəkildə bildirişlər alacaq.
Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir ki, bu təriqətin liderləri ilə birlikdə “dininə riayət edən” əsgərlərin xidmət edərkən öz dini həyat tərzlərini qoruyub saxlaya bilmələrini təmin ediləcək.