Bakı, TurkicWorld
Lavrov Türkiyə və Suriyanın dialoqun bərpasında ciddi maraqlı olduğunu bildirib
TurkicWorld-in məlumatına görə, bunu Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov qeyd edib ki, əvvəllər Dəməşq və Ankaranın mövqelərindəki fikir ayrılıqları danışıqlar prosesinə fasilə verilməsinə səbəb olub. O, həmçinin vurğulayıb ki, Suriya-Türkiyə münasibətlərinin normallaşması Suriyanın sabitləşməsi və Yaxın Şərqdə təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.