Bakı, TurkicWorld
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Erakçi arasında bu həftə görüş keçiriləcək.
TurkicWorld xəbər verir ki, Moskvada amerikalı jurnalist Taker Karlsona müsahibə verən Lavrov ABŞ-Rusiya münasibətlərindən tutmuş Suriyadakı son vəziyyətə qədər bir çox mövzuda sualları cavablandırıb.
Lavrov Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun iranlı köməkçisi Abbas Erakçi ilə Suriyadakı vəziyyətin bütün detallarını müzakirə edəcəklərini bildirib.
“Ümid edirəm ki, bu həftə üçün planlaşdırdığımız görüş bu münaqişənin sabitləşməsinə kömək edəcək." - deyə nazir bildirib .