Son dəqiqə

İran Livan

İranın milli aviaşirkəti Beyruta uçuşları dayandırıb

Bakı. TurkicWorld:

İranın “IranAir” Hava Yolları Şirkəti Beyrutun “Rəfiq Həriri” Aeroportuna bütün uçuşları ləğv edib.

TurkicWorld-un məlumatına görə, bunu İranın “IranAir” Hava Yolları Şirkətinin sözçüsü Hosam Qorbanəli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, uçuşlar təkrar bərpa olunduğu halda məlumat veriləcək.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu və İsrail Təhlükəsizlik Orqanları bundan öncə bildiriblər ki, İsrail hava qüvvələrinin (İAF) döyüş təyyarələri Beyrutun Dahiya bölgəsində yaşayış binasının altında yerləşən "Hizbullah" təşkilatının Mərkəzi Qərargahına hədəfli zərbə endirib. Zərbə nəticəsində "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah və təşkilatın digər komandirləri həlak olublar.

Mövzuya görə xəbərlər