Bakı, TurkicWorld
Yaponiyada leysan yağışları səbəbindən 30 minə yaxın insan təxliyə edilib.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Yaponiyada Honsyu adasının qərbindəki İşikava bölgəsində təbii fəlakət səbəbindən mümkün 5 səviyyədən 4-cü təhlükə səviyyəsi elan edilib. Bölgəyə son onilliklərdə görünməmiş güclü yağışlar yağıb.
Su yaşayış məntəqələrinin küçələrini basır, insanlar yanğınsöndürmə xidmətinə və polisə kömək üçün müraciət edirlər.
Azı 1 nəfər itkin düşüb və 4,8 min ev işıqsız qalıb.