Bakı, TurkicWorld
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell arasında görüş keçirilib.
TurkicWorld Qazaxıstan mediasına istinadla xəbər verir ki, görüşdə Qazaxıstan və Aİ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.