Bakı,TurkicWorld
İsrail, haradan qaynaqlanmasından asılı olmayaraq istənilən hücuma görə ağır bədəl ödədəcək.
TurkicWorld xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Hizbullahın yüksək səviyyəli komandirlərindən Fuad Şükür və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra ilk açıqlamasını verib.
“Biz istənilən ssenariyə hazırıq və istənilən təhlükə qarşısında birlik və qətiyyətlə dayanacağıq”,- deyə Netanyahu bildirib.
“Qarşıda çətin günlər var. Beyrutdakı hücumdan sonra hər yerdən təhdidlər eşidilir”,- deyə Netanyahu Haniyənin öldürülməsinə birbaşa toxunmadan açıqlama verib.
Həm HƏMAS, həm də İran bu hadisənin münaqişənin regional müharibəyə çevrilmə riskini artırdığını bildirərək, sui-qəsdə görə İsrailin məsuliyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, gecə saatlarında HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına atılan raket nəticəsində ölüb. İran və HƏMAS Hərəkatı iyrənc sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkiniblər