Son dəqiqə

Rusiya Vladimir Putin Belarus Aleksandr Lukaşenko

Lukaşenko Putinlə görüşünün təfərrüatından danışıb

Bakı, TurkicWorld

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatından danışıb.

TurkicWorld xəbər verir ki, bu barədə Belarus KİV məlumat yayıb.

Belarus prezidenti hökumətin iclasında bildirib ki, onlar neftin qiymətinin müəyyən edilməsi formulunu, neftin qabaqcadan ödənişini və utilizasiya məsələsini müzakirə ediblər:

"Bütün bu məsələləri prezident Putinlə müzakirə etdik. Razılığa gəldik ki, mən bu günlərdə ona hər üç məsələnin məğzini əhatə etməklə, yazılı müraciət ünvanlayacağam".

Lukaşenko bildirib ki, Belarusun Rusiyadan alacağı neft üçün əvvəlcədən ödəniş etməməsi barədə Putinlə razılığa gəliblər. Onun sözlərinə görə, iki ölkənin liderləri təhlükəsizlik məsələlərini müzakirə ediblər, lakin onlar qapalı xarakter daşıyıb.

"Bir daha vurğulayıram ki, bütün məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunub", - deyə Belarus prezidenti əlavə edib.

Xatırladaq ki, Vladimir Putin və Aleksandr Lukaşenko iyulun 25-də Kareliyanın Valaam adasında görüşüblər.

Mövzuya görə xəbərlər