Son dəqiqə

Yunanıstan

Yunanıstanda COVID-ə yoluxma sayında artım var

Bakı. TurkicWorld:

Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) həftəlik hesabat dərc edib.

Qeyd edilib ki, 10-16 iyun tarixləri arasında “COVİD-19” epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub. Bununla yanaşı, həmin tarix ərzində 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin sayı 166 idi.

Mövzuya görə xəbərlər