Son dəqiqə

NATO Çin Rusiya Yens Stoltenberq

Çin Rusiyaya yardımına görə sanksiyalarla üzləşə bilər – Stoltenberq

Bakı,TurkicWorld

Çin Rusiyaya yardım etdiyinə görə sanksiyalarla üzləşə bilər.

TurkicWorld xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Çin iki kresloda oturmağa çalışır. Bir tərəfdən Rusiyanın müdafiə sənayesini dəstəkləyir, digər tərəfdən isə Avropa İttifaqı ilə normal iqtisadi əlaqələri saxlamağa və inkişaf etdirməyə çalışır”,- deyə o vurğulayıb.

Stoltenberq deyib ki, çinlilər mikroelektronika texnologiyasını Rusiya ilə bölüşürlər ki, bu texnologiya Ukraynaya qarşı istifadə edilən raket və digər silahların yaradılmasında əsas rol oynayır.

Bu yolla ÇXR İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəni qızışdırır.

“Soyuq müharibənin məhsulu olan və dünyanın ən böyük hərbi qrupu olan NATO-nun Ukrayna böhranında oynadığı rolla bağlı beynəlxalq ictimaiyyətin öz mülahizələri var. NATO Çini özbaşına şərləyib hücum etməkdənsə, özü haqqında düşünməlidir”,- deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Stoltenberqin sözlərinə cavab verib.

Həmçinin Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfərini Rusiyanın digər avtoritar güclərdən asılılığı olaraq görüb.

Mövzuya görə xəbərlər