Bakı, TurkicWorld:
Norveç Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi səbəbilə Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Norveç ədliyyə naziri Emilie Enger məlumat verib.
Qərar çərçivəsində Norveçə turizm və ya vacib olmayan səbəblərlə səyahət etmək istəyənlərin sərhədi keçməsinə icazə verilməyəcək.
Bu qərar yalnız yaxın ailəsi burada yaşayan, Norveç və ya Şengen üzvü ölkələrdə təhsil alan tələbələrə şamil edilməyəcək.