İsrail Rəfah yaxınlığında 10 min çadır qurmağı planlayır

İsrail Rəfah yaxınlığında 10 min çadır qurmağı planlayır

Bakı. TurkicWorld:

İsrailin yaxın iki həftə ərzində Rəfah yaxınlığında 10 min çadır quracağı iddia edilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrail Dövlət Televiziyası KAN məlumat yayıb.

Məlumata 30 min əlavə çadırın da satınalma mərhələsində olduğu və daha sonra həmin ərazidə quraşdırılacağı qeyd edilib.

Çadırların qurulması cədvəlinə gəldikdə, fələstinlilərin Rəfahdan çıxarılması prosesinin uzun çəkəcəyi bildirilib.

Xatırladaq ki, İsrail Baş naziri Binyamin Netanyahu aprelin 8-də təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücumun tarixinin müəyyən edildiyini açıqlayıb.

X: Lamanasadli01