İranın İsrailə hücumu ABŞ-ın zəifliyini göstərir – Tramp

İranın İsrailə hücumu ABŞ-ın zəifliyini göstərir – Tramp

Bakı. TurkicWorld:

İranın İsrailə hücumu ABŞ-ın Bayden dövründəki zəifliyini göstərir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdəki çıxışında bildirib.

Çıxışın əvvəlində Tramp "Tanrı İsrail xalqına xeyir-dua versin. Onlar indi hücuma məruz qalırlar, çünki biz böyük zəiflik nümayiş etdiririk" deyib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən (şənbə) iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.