ABŞ və Aİ gəlib Ermənistanın problemlərini həll etməyəcək - Paşinyan

ABŞ və Aİ gəlib Ermənistanın problemlərini həll etməyəcək - Paşinyan

Bakı. TurkicWorld:

ABŞ və Aİ gəlib Ermənistanın problemlərini həll etməyəcək.

TurkicWorld-in Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Brüssel görüşünün nəticələrini şərh edərkən deyib.

"Biz süni və ya digər şəkildə fikir yaranıb ki, hansısa müttəfiqlər və ya qohumlar gəlib problemlərimizi həll edəcəklər. Amma bütün problemlərimizi özümüz həll etməliyik".

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Aİ-ABŞ-Ermənistan görüşü keçirilib.

Görüşə, həmçinin, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də qatılıb.

Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını vəd ediblər.