Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masası arxasında həll etdi - Paşinyan

Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masası arxasında həll etdi - Paşinyan

Bakı. TurkicWorld:

Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masası arxasında həll etdi.

TurkicWorld erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə əldə olunmuş razılaşmanı şərh edərkən deyib.

Paşinyan əldə olunan razılaşmanın lazımi səviyyədə qiymətləndirilməli olduğunu bildirib.

"Ermənistan və Azərbaycanın ilk dəfə məsələni danışıqlar masası arxasında həll etdiyini qeyd etmək çox vacibdir", - o deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.