Paşinyan Azərbaycan sərhədini pozmamaq üçün Tavuşa helikopterdə gəlib

Paşinyan Azərbaycan sərhədini pozmamaq üçün Tavuşa helikopterdə gəlib

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxında Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə helikopterlə gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.

Məsələ burasındadır ki, Paşinyan bu əraziyə avtomobillə getsə idi, İcəvan-Noyemberyan yolundan keçməli olacaqdı. Bu yolun kiçik bir hissəsi isə məhz Azərbaycana qaytarılmalı olan kəndlərin birindən keçir. Beləliklə, erməni baş nazirin bu addımı Azərbaycan qanunlarını pozmamaq üçün atdığı aydın olub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb. Görüşdə Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə toxunub.