Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Astana. TurkicWorld:

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

TurkicWorld bu barədə Kremlə istinadən xəbər verir.

Telefon danışığında Rusiya və Qazaxıstanın sərhəd rayonlarında daşqınla əlaqədar mürəkkəb vəziyyət ətraflə müzakirə olunub. İki ölkənin müvafiq idarə və xidmətlərinin sıx qarşılıqlı fəaliyyəti, o cümlədən, vəziyyətin monitorinqi və proqnozlaşdırılmasının birgə təşkili, əlaqələndirilmiş cavab tədbirləri qeyd olunub. Dövlət başçıları bu fəaliyyəti aktivləşdirmək üçün göstərişlər vermək barədə razılığa gəliblər.

İki ölkə prezidenti, o cümlədən, Rusiyanın Müstəqil Dövlətlər Birliyində (MDB), Qazaxıstanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) sədrliyi kontekstində beynəlxalq və regional problemlərin müəyyən aspektlərini müzakirə ediblər.

Rusiya və Qazaxıstan arasında müttəfiqlik əlaqələrinin gələcəkdə də hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiq olunub.