ABŞ Çin idxalının məhv etdiyi sənaye sahələrini qəbul etməyəcək

ABŞ Çin idxalının məhv etdiyi sənaye sahələrini qəbul etməyəcək

Bakı. TurkicWorld:

ABŞ Çin idxalı ilə məhv edilən yeni sənaye sahələrini qəbul etməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib.

O, Çinin zəif daxili tələbi və "geniş miqyaslı hökumət dəstəyi" ilə dəstəklənən elektrik avtomobilləri, akkumulyatorlar və günəş məhsulları kimi sənayelərə həddən artıq sərmayə qoyulması ilə bağlı narahatlıqlarını ifadə edib.

"On ildən artıqdır ki, Çin Xalq Respublikası hökumətinin kütləvi dəstəyi qlobal bazarı dolduran və bütün dünyada və ABŞ-da sənayeləri məhv edən ucuz Çin poladına gətirib çıxardı. Qlobal bazar süni ucuz Çin məhsulları ilə dolduqda, Amerika və digər xarici firmaların maliyyə vəziyyəti sual altına düşür", - deyə o vurğulayıb.

X: Lamanasadli01