Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü başa çatıb

Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü başa çatıb

Bakı. TurkicWorld:

Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü başa çatıb.

TurkicWorld xəbər verir ki, tərəflər görüşün yekunlarına dair birgə bəyanat yayıblar.

xxx

14:21

Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü başlayıb.

TurkicWorld xəbər verir ki, görüş Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilir.

Görüşdə həmçinin, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də iştirak edir.

Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək. O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.