Səudiyyə Ərəbistanı Moskvadakı terror aktını pisləyir

Səudiyyə Ərəbistanı Moskvadakı terror aktını pisləyir

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanı cümə günü Moskva yaxınlığındakı konsert salonunda onlarla insanın ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Kral Salman və vəliəhd Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

Xarici İşlər Nazirliyi bəyanatında Səudiyyə Ərəbistanının ölənlərin ailələrinə, Rusiya hökumətinə və xalqına bu “ağrılı hadisə” ilə bağlı başsağlığı verib.

Nazirlik əlavə edib ki, Krallıq ekstremizmin və terrorizmin bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayır.

Səudiyyə Ərəbistanının Moskvadakı səfirliyi vətəndaşları diqqətli olmağa və hücum yerinin ətrafındakı ərazidən qaçmağa, yerli hakimiyyət orqanlarının verdiyi göstərişlərə əməl etməyə çağırıb.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.