Fələstinin baş naziri Qəzza danışıqları üçün Səudiyyə Ərəbistanına səfər edib

Fələstinin baş naziri Qəzza danışıqları üçün Səudiyyə Ərəbistanına səfər edib

Bakı. TurkicWorld:

Fələstinin yeni təyin olunmuş baş naziri Məhəmməd Mustafa İsrailin Qəzza zolağına hücumlarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bin Abdullah ilə danışıqlar aparıb.

Məlumata əsasən, tərəflər Qəzzada dərhal atəşkəs əldə etmək və mühasirəyə alınan əraziyə humanitar yardım axınını artırmaq səylərini müzakirə ediblər.

Məlumat üçün bildirək ki, Məkkədə keçirilən görüş Fələstin baş nazirinin keçən ay vəzifəsinin icrasına başlamasından sonra Körfəz krallığına ilk səfəri olub.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01