İƏT Moskvadakı terror aktını qətiyyətlə pisləyir

İƏT Moskvadakı terror aktını qətiyyətlə pisləyir

Bakı,TurkicWorld

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Moskvadakı terror aktını qətiyyətlə pisləyir.

Bu haqda AzerVoice İƏT dən daxil olan məlumatda bildirilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , məlumatda qeyd olunur ki, “İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi 22 mart 2024-cü il, cümə günü Moskva yaxınlığındakı Crocus City Hall zalını hədəf alan və çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən silahlı terror aktını qəti şəkildə pisləyir”

Təşkilatının Baş Katibi Zati-aliləri Hüseyn İbrahim Taha həlak olanların ailələrinə, Rusiya Federasiyası hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

[banner]

Baş Katib, İƏT-nin bütün formalarda terrorizmə qarşı prinsipial və qəti mövqeyini və onunla mübarizənin zəruriliyini vurğulayıb. O, Rusiya Federasiyası və onun xalqı ilə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.