“Crocus City Hall”da baş verənlər qanlı terror aktıdır - Mariya Zaxarova

“Crocus City Hall”da baş verənlər qanlı terror aktıdır - Mariya Zaxarova

Bakı. TurkicWorld:

“Crocus City Hall”da baş verənlər qanlı terror aktıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinə müxtəlif ölkələrdən sadə vətəndaşlar tərəfindən konsert zalında baş vermiş faciə ilə bağlı başsağlığı verən zənglər daxil olur.

Xatırladaq ki, Ağ ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə, 40 nəfər ölüb, 140-dən çox yaralanan var.