Xamenyi İranın ən zəif nöqtəsini açıqlayıb

Xamenyi İranın ən zəif nöqtəsini açıqlayıb

Bakı,TurkicWorld

İranın Ali dini lideri Əli Xamneyi iranlıların üzləşdiyi çətinliklərdən xəbərdasr olduğunu ifadə edərək, iqtisadi vəziyyətin pisləşməsini ölkəsinin ən böyük zəifliyi olduğunu deyib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki,Xamneyinin çıxışı hökumətinin iqtisadi sahədə fəaliyyətini qiymətləndirən və inflyasiyanın təxminən 20 faiz azaldıldığını ifadə edən prezident İbrahim Rəisinin çıxışına kölgə salıb.

“Xalqımıza rifah arzu edirəm, gələcək ildə çox işimiz var. Ölkənin bu il ən mühüm məsələsi iqtisadiyyatdır. Əsas zəif nöqtəmiz isə iqtisadiyyatımızıdır” deyə, Xameneyi bildirib

İranlıların iqtisadi fəaliyyətinə maneələrin aradan qaldırılmasına çağıran Xameneyi, onu da bildirib ki,

“Milli istehsal istənilən kimi inkişaf etsə, ölkədə işsizlik problemi və bir çox iqtisadi problemlemlər həll ola bilər” deyib.