İsrailin zərbəsi İrana ciddi ziyan vurmayıb - Abdullahiyan

İsrailin zərbəsi İrana ciddi ziyan vurmayıb - Abdullahiyan

Bakı. TurkicWorld:

İsrailin aprelin 19-da İrana endirdiyi zərbə insan tələfatı və ciddi dağıntılarla nəticələnməyib.

TurkicWorld-un məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

"İsrailin mini-dronları İrana ciddi ziyan vurmayıb və itkilərə səbəb olmayıb", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 19-da İranın İsfahan və Təbriz şəhərləri yaxınlığında partlayış səsləri eşidilib. İsfahanda pilotsuz uçan aparatların hücumu qeydə alınıb.