Aİ-nin ilk hərbi-sənaye strategiyası təqdim edilib

Aİ-nin ilk hərbi-sənaye strategiyası təqdim edilib

Bakı. TurkicWorld:

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) ilk hərbi-sənaye strategiyası təqdim edilib.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, strategiyada ilk dəfə Ukrayna ilə sıx əlaqələrin inkişafı və Kiyevin Aİ-nin təşəbbüslərində iştirakı nəzərdə tutulub.

Sənəddə Aİ və Ukrayanın müdafiə sənayesi arasında əməkdaşlığın təşviq olunacağı deyilir.

Avropa Komissiyasının rəhbərinin müavini Marqret Vestaqer bildirib ki, komissiya Ukrayna sənayesini bu ekosistemə tam inteqrasiya etmək istəyir.

Avropanın daxili bazar məsələləri üzrə Avropa komissarı Tyerri Breton isə Aİ üçün sülh dövrünün bitdiyini və hərbi iqtisadiyyata keçidin zəruri olduğunu deyib.