Son dəqiqə

Ağdam Füzuli

Aİ-nin komitə üzvləri Ağdam və Füzuliyə səfər ediblər

Bakı. TurkicWorld:

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.

TurkicWorld xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "X" səhifəsində paylaşım edib.

Komitə üzvlərinə ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri və minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Mövzuya görə xəbərlər