Bakı. TurkicWorld:
bp şirkəti 2023-cü ildə aşağı karbonlu biznesə və "enerji keçidi" layihələrinə qlobal illk investisiyalarının payını 23 faizədək artırıb, hərçənd 2019-cu ildə bu rəqəm cəmi 3 faiz olub.
TurkicWorld xəbər verir ki, bu barədə bp sosial şəbəkə hesabında yeni baş direktoru Mürrey Aukinklosa istinadən məlumat paylaşıb.
"Bizim məqsədimiz əvvəlki kimi qalır - beynəlxalq neft şirkətindən (IOC) beynəlxalq enerji şirkətinə (IEC) keçid edirik. Baxmayaraq ki, bu gün əsasən neft-qaz sahəsində çalışırıq, beş il ərzində aşağı karbonlu və "enerji keçidi" layihələrinə qlobal illk investisiyalarının payını 3 faizdən 23 faizədək artırmışıq", - məlumatda deyilir.
Xatırladaq ki, bp Azərbaycanın strateji tərəfdaşıdır və o cümlədən, "yaşıl" enerji sahəsində layihə həyata keçirir.